AZ

"Zirə" və "Sabah"ın mərhələ adlaması bizə qürur və ümid verir" – Tahir Gözəl

“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa miqyaslı turnirlərə uğurlu start münasibətilə Azərbaycan klublarını təbrik edib.

Prosport.Az xəbər verir ki, T.Gözəl klubun mətbuat xidmətinə açıqlamasında təmsilçilərimizə növbəti mərhələdə uğurlar arzulayıb:

“Azərbaycan klublarının yeni start götürən avrokubok mövsümündə göstərdiyi performans futbol ictimaiyyəti olaraq hamımızı sevindirir. Komandam “Qarabağ”ın Çempionlar Liqasına inamlı başlaması, rəqibini 2 oyunun nəticəsinə görə böyük hesabla məğlub etməsi, “Zirə” və “Sabah” klublarının UEFA Konfrans Liqasında növbəti mərhələyə adlaması bizə böyük qürur və gələcək oyunlar üçün ümid verir. Avropa arenasında qazanılan hər bir qələbə, keçilən hər bir mərhələ Azərbaycan futbolu adına irəliyə doğru atılmış bir addımdır. Bu, həm Avropada klub reytinqimizin yüksəlməsinə, həm də Azərbaycan klublarının tanınmasına və inkişafına birbaşa təsir edir”.

Tahir Gözəl növbəti mərhələdə də klublarımıza uğurlar arzulayıb: “Bu uğurların arxasında duran klub rəhbərliklərini, məşqçilərimizi, futbolçularımızı, klub əməkdaşlarımızı və azarkeşlərimizi ürəkdən təbrik edirəm. Növbəti mərhələdə "Qarabağ"la yanaşı, "Zirə" və "Sabah"a uğurlar arzulayıram. Azərbaycan futbolsevərlərini klublarımızın yanında olmağa və onları dəstəkləməyə çağırıram”.

Seçilən
28
15
prosport.az

10Mənbələr