AZ

“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını Saatlırayonunda icra etmişdir

Vətəndaş cəmiyyətinin mənafelərinin qorunub saxlanılması və xüsusən onların həssas təbəqəsinin hüquqlarının təmini istiqamətində "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə sosial təminat hüququ sahəsində dəstəyin verilməsi" adlı layihəsinin icrasını Saatlı rayonunda həyata keçirmişdir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil, layihənin eksperti qismində iştirak edən Araz Nurməmmədov vətən müharibəsi iştirakçıları, veteranlar və fiziki məhdudiyyətli şəxslərin müraciətlərini dinləmiş, müvafiq dövlət orqanlarına ərizə və şikayətlərini hazırlanması üçün qeydlər aparmışdır.

Saatlı rayonunda baş tutan tədbir əsnasında rayon icra hakimiyyəti rəhbərliyinin vətən müharibəsi iştirakçıları, veteranlar və fiziki məhdudiyyətli şəxslərin sosial problemlərinin həllində yaxından iştirak etdiyi, əksər həssas qrupların torpaq, iş və mənzil ilə təmini sahəsində ürəkaçan fəaliyyəti həssas qrupun üzvləri tərəfindən xüsusilə vurğulanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
6
olaylar.az

10Mənbələr