AZ

Sosial ödənişlər artacaq? – AÇIQLAMA

Müəllif:Ayşən İmnaova/Banco.az
Xəbər verdiyimiz kimi, Baş nazir “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nı təsdiq edib.

Banco.az xəbər verir ki,iqtisadçı Vüqar Bayramov yeni qaydalar, sosial ödənişlərin məbləği barədə açıqlama verib.

Ekspert qeyd edib ki, yeni qaydalar sosial ödənişlərin elektron təyinatı sistemini daha da gücləndirir və bu baxımdan da qaydların 3-cü bəndi sosial ödənişlərin proaktiv təyinatı ilə bağlıdır: 

“Qaydalara əsasən “Sosial ödənişlər” altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 iş günü müddətində təyinat aparılır. Bu müddət övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətin proaktiv təyinatı zamanı cəmi 5 iş günüdür. Bütün bunlar ilə yanaşı, işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət və həmin uşaqlara mövsümi geyimin alınması üçün müavinət yalnız proaktiv təyin edilir. Yəni, həmin müavinətlər yalnız elektron qaydada tətbiq olunur. Bu sosial ödənişlərə əlçatanlığın gücləndirilməsinə və proseduraların ciddi şəkildə sadələşdirilməsinə xidmət edir”.
Vüqar Bayramovun açıqlamasına görə, sənəd həmçinin sosial ödənişlərin proaktiv təyinatının aparılması mümkün olmadığı hallarda sosial ödənişlərin təyinatı qaydalarını da müəyyən edir. 
V. Bayramovun sözlərinə görə, qaydalara əsasən, sosial ödənişlər plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir: 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
14
banco.az

10Mənbələr