“İsrail Qəzza zolağında yaranmış böhranı bütün bölgəyə yaymağa çalışır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə telefon danışığında bildirib.
Bu barədə Türkiyə prezident administrasiyası hər iki liderin telefon danışığı barədə məlumat yayıb.
“Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, Qəzza problemi, Türkiyədə girov mübadiləsi, eləcə də regional və qlobal problemlər müzakirə edilib. Ərdoğan bildirib ki, Netanyahu administrasiyası atəşkəs və sülh istəmədiyini hər addımı ilə göstərir. O qeyd edib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzzada atəşkəs səylərinə ağır zərbə vurub və İsrailin Qəzza zolağında baş verən böhranı bütün bölgəyə yaymağa çalışır”.
Telefon danışığı zamanı Ərdoğan deyib ki, Türkiyə ABŞ-la münasibətlərini bütün sahələrdə yaxşılaşdırmaq üçün əlindən gələni edir və gələcəkdə bu, davam edəcək.
Bayden də öz növbəsində girovların dəyişdirilməsi məsələsində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib. Mübadilə cümə axşamı Ankara hava limanında baş tutub.
Rəsmiyyə Şərifova,
KONKRET.az