AZ

Laçının daha bir kəndinə köç BAŞLAYIR

Yazını böyüt
Yazını kiçilt

Laçın rayonunun Güləbird kəndinin sakinləri doğma yurdlarına qayıdacaq.

Hafta.az-ın məlumatına görə, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov məlumat verib.

O,  “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib ki, növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq.

Güləbird kəndinə köçün bu ilin ikinci yarısında həyata keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Güləbird kəndi İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilib. 2006-cı ilin statstikasına görə Güləbird kəndinin əhali sayı 1460 nəfər olub.

Xatırladaq ki, Laçın rayonuna köç ötən ilin may ayında başlayıb. Hazırda Laçın şəhərində iki mindən, Zabux və Susda isə mindən çox sakin məskunlaşıb.

Seçilən
21
3
hafta.az

5Mənbələr