AZ

"158 min insan seldən zərər gördü"

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024-cü ilin əvvəlindən Yəməndə 158 mindən çox insanın daşqınlardan zərər çəkdiyini açıqlayıb.

News24.az xəbər verir ki, mövzu ilə bağlı BMT-nin Yəmən Humanitar Məsələlər Koordinasiya Ofisindən yazılı açıqlama verilib.

Açıqlamada, “Yəməndə leysan yağışların səbəb olduğu daşqın 2024-cü ilin əvvəlindən iyulun 28-dək 158 mindən çox insanı təsirləndirib” ifadə edilib.

Bu müddət ərzində ölkədə baş verən daşqınlar nəticəsində 10 nəfərin həyatını itirdiyi, 14 nəfərin yaralandığı bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, “humanitar tərəfdaşlar ölkə daxilində ən həssas qrupların ehtiyaclarına cavab vermək üçün çalışırlar”.

Günel Məlikzadə

Seçilən
86
news24.az

1Mənbələr