AZ

Gənc maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu oğlan... – TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 2005-ci il təvəllüdlü Əziz şəxsi münasibətlər zəminində mübahisə zamanı Elnura (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Əziz 30 iyul 2023-cü ildə gecə saat 2 radələrində Elnurun “Kia Ceed” markalı avtomobilin salonunda Səmayə ilə cinsi əlaqədə olduğunu görüb.
 
Əziz irad bildirəndə Elnur ona təhqiramiz cavablar verib. Elnurun “sən məni tanımırsan, buranın vəziyyətinə mən baxıram” kimi özündənrazı sözləri mübahisəyə səbəb olub. Mübahisə zamanı Elnur yumruqla onun üz nahiyəsinə zərbələr vurub.
 
Əsəbləşən Əziz Elnura 3 bıçaq vurub.
 
İstintaq orqanı tərəfindən Əzizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 3-də gecə saat 2 radələrində dostları ilə görüşdüyü Əmircan qəsəbəsindəki “Orman restoranı”dan yaşadığı evə gedib: “Evin yaxınlığında ağ rəngli avtomobilin dayandığını gördüm. Avtomobilin içərisindən qəribə səslər gəlirdi. Əvvəlcə içəridə qızların olduğundan şübhələndim. Səsə tərəfə səslədim, maşında qapını bağlayıb, işığı söndürdülər.
 
İçəri baxdıqda bir oğlanla qızın cinsi əlaqədə olduğunu gördüm. Onları səslədim, avtomobildəki oğlan yanıma gəldi. Onunla mübahisə etməyə başladım. Oğlan istirahət etdiyini, mənim onun istirahətini pozduğunu bildirdi. Mən də ona buranın istirahət yeri olmadığını, bu ərazidə ana-bacılarımın yaşadığını və cinsi əlaqə ilə başqa yerdə məşğul olmalarını bildirdim”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, Elnur ona buranın “vəziyyətinə” baxdığını, onu tanımadığını bildirib: “Əl-ayaqları ilə bədənimin müxtəlif nahiyələrinə xəsarət yetirməyə başladı. Mən hadisə yerindən uzaqlaşdım. Evimizə yaxın yerdə qardaşımı gördüm və fikrimi dəyişdim.
 
Qardaşımla həmin yerə qayıtdım, yenidən mübahisə etməyə başladıq. Elnur məni buraxdı, qardaşımın üzərinə getdi. Yumruqla onun üz nahiyəsinə xəsarət yetirdi. Qardaşımın yanında olduğum üçün mənim də üzümə yumruq zərbəsi endirdi. Zərbənin təsirindən yerə yıxıldım. Elnurla qardaşım əlbəyaxa oldu. O, əli və ayaqları ilə qardaşımın bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirdi. Bunu görəndə belimdəki bıçağı çıxararaq Elnuru vurdum”.
 
Təqsirləndirilən şəxs bildirib ki, Elnura xəsarət yetirməzdən əvvəl orada olan qız araya girib:
 
“Ehtiyatsızlıqdan qızın qolunu kəsdim. Elnuru qardaşımdan ayırmaq üçün ilk zərbəni onun arxa tərəfdən qolunun alt hissəsinə vurdum. Elnur üzübəri döndü və məni qaldıraraq səkinin üzərinə yıxdı. Bədənimi qolları ilə tutduğu üçün sağ əlimdə saxladığım bıçaqla onun arxadan böyrək nahiyəsinə xəsarətlər yetirdim. Daha sonra Elnur məni buraxdı və qızla birlikdə oradan getdi.
 
Mən də yerə düşən telefonumu götürdüm və qardaşımı yerdən qaldıraraq onunla birlikdə yaşadığımız evə qayıtdıq.
 
Təxminən 2 dəqiqə sonra evdən çıxdım. Yaxınlıqda yerləşən boş həyət sahəsinə getdim və bıçağı oraya atdım. Daha sonra evə gəldim və heç nə olmamış kimi yatdım. Səhər oyandıqda Qaraçuxur qəsəbəsində yaşayan nənəmgilə yollandım. Polisin məni tutmaması üçün orada qaldım.
 
Mənim niyyətim Elnurla etdiyi hərəkətə görə söhbət edib, daha sonra oradan uzaqlaşmaq olub. Məhz özümü qorumaq məqsədi ilə ona xəsarət yetirmişəm. Sonrdan törətdiyim əməldən səmimi peşman olmuşam”.
 
İş üzrə zərərçəkmiş Elnurun sözlərinə görə, iyulun 30-da xalası oğlu Rafiqdən avtomobilini bir neçə saatlığına götürüb, qeyri-rəsmi münasibətdə olduğu Səmayə ilə görüşmək üçün onun yaşadığı evə gedib və Səmayəni evinin yaxınlığından götürüb: “Marketdən özümüz üçün su, günəbaxan tumu və çipsi aldıq. Bülbülə qəsəbəsində yerləşən “Arka” adlandırdığımıız yerə getdik. Səmayə ilə tez-tez burada görüşərək söhbətləşirdik.
 
Səmayə ilə avtomobildə çips yeyərkən çipslər yerə dağıldı. Çipsini yığmaq üçün avtomobildən düşdüm. Avtomobilin arxa hissəsində dayanan zaman tanımadığım şəxs məni səslədi. Səmayə avtomobilin qapısını açdı, mənim yanına gəlməyimi istədi. Həmin şəxs Səmayəyə “söhbət edəcək kişi yoxdur ki, sən mənə cavab verirsən” ifadəsini işlətdi.
 
Səmayə avtomobilin qapısını açaraq özünün gələcəyini dedi. Həmin şəxs orada yerləşən pilləkənlərə doğru geri çəkildi. Biz orada mübahisə etməyə başladıq. Əzizə dediyi sözə görə şilə vurdum. O, oradan uzaqlaşdı, mən yenidən maşına oturdum”.
 
Zərərçəkmiş bildirib ki, təxminən 5 dəqiqə sonra Əziz yanında qardaşı ilə gələrək ona yaxınlaşıb və maşının pəncərəsini döyərək onu səsləyib:
 
“Əziz və qardaşı ilə əlbəyaxa olduq. Səmayə qışqıraraq Əzizin əlində bıçaq olduğunu bildirdi. Mən Səmayənin qolunda qan gördüm. Bundan sonra Əzizin qardaşın vurdum. Əziz isə arxadan bıçaqla məni vurdu. Lakin həmin an bıçaqlandığımı hiss etmədim. Bunu yalnız maşında başa düşdüm.
 
Avtomobilin mühərrikini işə saldım və xəstəxanaya doğru getmək istədim. “Atef” idman zalının qarşısında özümü pis hiss etdim və huşumu itirdim. Bu ara avtomobil də kənara sıçrayaraq daşın üzərinə çıxdı. Daha sonra Səmayə məni avtomobildən çıxardı və yoldan keçən “Mercedes E class” markalı avtomobili dayandıraraq bizi təcili yardım stanmsiyasına aparmasını xahiş etdi.
 
Həmin şəxs bizi təcili yardım stansiyaslna çatdırdı. Oradan da 3 saylı Şəhər Kliniki Xəstəxanaya gətirildim”.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əzizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub. /Teleqraf.com/
 
 
 
 
Seçilən
53
8
moderator.az

4Mənbələr