Aktrisa Nəzakət Məmmədova “Nigar xanım” verilişində müzakirələrə səbəb olan açıqlamalar edib.
Qlobal.net xəbər verir ki, qadınlar barədə danışan sənətçi onların kişilərə itaət etməli olduğunu bildirib:
“Qadın ərinin qarşısında itaətkar olmalıdır. Əgər qadınlar kişilərdən üstün olsaydı, Allah birinci Adəmi yaradıb sonra onun qabırğasından qadını yaratmazdı, çünki biz kişilərə tabe olmalıyıq. Amma bu o demək deyil ki, nə olsa, kişi başına qapazı vurmalıdır, sən də qapaz altında oturmalısan. Arada hörmət olmalıdır”. (yenisabah.az)