AZ

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Yardımlı rayonunda keçirdiyi görüşlə bağlı “Dünya” TV-də veriliş hazırladı - FOTOLAR

Xəbər verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə"Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihə həyata keçirir. Layihə iştirakçıları və layihədə könüllü kimi iştirak edənlər bu yaxınlardaYAP-ın Yardımlı Rayon Təşkilatının binasında müharibə əlilləri və şəhid ailələri üzvləri ilə görüş keçirib.

QHT.az xəbər verir ki, bu gün layihənin davamı kimi “Dünya” TV-də BƏC İB tərəfindən canlı təqdim olunan “Biz sizinləyik” adlı televizya verilişi tamamilə Yardımlı rayonunda keçirilən görüşə həsr olunmuşdur. Layihə rəhbəri və ictimai birliyin sədri Tahir Xudiyev, BƏC İB İdarə Heyəti üzvləri - filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, ədliyyə polkovniki Allahverdi Məmmədli,şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva,BƏC İB-in üzvü, şair Mirsəfər Fətiyev Yardımlı rayonunda keçirilən tədbirdən ətraflı məlumat verdilər. Şəhid ailələrinin, yerli camaatın istiqanlılığından, mehribanlığından söhbət açdılar, İcra hakimiyyətinin şəhid ailələri və qazilərimizə olan diqqət və qayğısının danılmaz olduğunu vurğulardılar.

Verilişdə iştirak etmək üçün şəxsən Yardımlı rayonundan gəlmiş şəhid Elşən Sultanlının atası Nazim Sultanov şəhid ailələri ilə maraqlandıqlarına görə BƏC İB-in əməkdaşlarına təşəkkürünü bildirmiş, bu layihənin vacibliyini qeyd etmişdir.

Tahir Xudiyev Yardımlı rayonunda keçirilən tədbirdə problemlərinin qeydiyyatı aparılmış şəhid ailələri, qazilər və əlilliyi olan insanların üzləşdiyi məsələlərin həlli üçün artıq aidiyyəti dövlət qurumlarına ictimai birlik tərəfindən rəsmi məktublarla müraciət olunduğunu bildirdi.

Layihə uğurla davam edir.

Açıklama

Açıklama

Açıklama

Seçilən
23
2
turkustan.az

3Mənbələr