AZ

Prospektdə əngəlli piyadaya yol verənsürücü zəncirvari qəzaya səbəb oldu - VİDEO

Paytaxtın Tbilisi prospektində zəncirvari qəza baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 1-də günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan “Mercedes”, “Hyundai” ilə, o isə öz növbəsində “Azsamand” markalı avtomobillə toqquşub. Belə ki, “Azsamand” sürücüsü nəqliyyat vasitəsini saxlayaraq yolun hərəkət hissəsindən keçən fiziki məhdudiyyətli şəxsə yol verib. Bu zaman eyni istiqamətdən gələn maşınlar düzgün ara məsafəsi saxlamadıqları üçün bir-birilərinə çırpılıblar. Hadisə zamanı sürücülər arasında xəsarət alan olmasa da hər üç maşına maddi ziyan dəyib.

Nərmin

Seçilən
26
avtosfer.az

1Mənbələr