AZ

Rusiyada senator sifarişli qətlə görə saxlanılıb

Rusiyada

Tula vilayətindən olan senator Dmitri Savelyev Federasiya Şurasının iclas zalını tərk edərkən saxlanılıb. O, qətliamın təşkilində əli olmaqda şübhəli bilinir.

Reyting.az
Rusiya KİV-lərinə istinadla bildirir ki, Savelyev yuxarı palatanın spikeri Valentina Matvienkonun verdiyi toxunulmazlığın ləğvi ilə bağlı qərarın elanından dərhal sonra tutulub. O, Savelyevdən zalı tərk etməsini xahiş edib, bundan sonra o, saxlanılıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, senatora qarşı cinayət işi açılıb.

Mash Telegram kanalının məlumatına görə, saxlanılan senator biznes tərəfdaşına qarşı qətl planı hazırlamaqda şübhəli bilinir. Söhbət Savelyevin əli olduğu təşkilatın pulunu mənimsəmiş, ona görə həbs cəzası cəzası almış İonov adlı şəxsdən gedir.

Onu da qeyd edək ki, Federasiya Şurasına daxil olana qədər Savelyev 17 il Dövlət Dumasının deputatı olub. 2016-cı ildə o vaxt Tula vilayətinə rəhbərlik edən Aleksey Dyumin Savelyevi bölgədən senator təyin edib. 2023-cü ilin noyabr ayına qədər Büdcə və Maliyyə Bazarları Komitəsinin üzvü olub, daha sonra İqtisadi Siyasət Komitəsində təmsil olunub. 1990-cı illərdə Savelyev “Transneft” ASC-nin prezidenti vəzifəsində çalışıb və Rusiya Yanacaq və Energetika Nazirliyinin kollegiya üzvü olub.

ELÇİN
Seçilən
53
reyting.az

1Mənbələr