Bakı. Trend:
Avqustun 2-də respublikanın bəzi bölgələrində yanğıntəhlükəsinin kompleks göstəricisi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MilliHidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, NaxçıvanMuxtar Respublikasında (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad)üzrə yanğın indeksi Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada isəçox yüksək yanğın təhlükəsi növünə çatıb.
Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər,Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksiTovuzda kiçik, Gəncə, Şəmkir, Tərtər, Ağdamda orta, Ağstafa,Naftalan isə çox yüksək yanğın təhlükəsi növündədir.
Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən)bölgəsi üzrə yanğın indeksi Şəki, Sarıbaş, Zaqatala, Qəbələ, Oğuz,Balakəndə kiçik yanğın təhlükəsi növünə aid edilib.
Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrəyanğın indeksi Şahdağda kiçik, Xızı, Qubada orta, Şabranda isə çoxyüksək yanğın təhlükəsi növünə çatıb.
Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğınindeksi Şamaxıda yüksək, İsmayıllı, Qobustanda isə çox yüksəkyanğın təhlükəsi növündədir.
Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrəyanğın indeksi Lerikdə kiçik, Yardımlı, Astara, Lənkəranda isə ortayanğın təhlükəsi növünə aid edilib.
Qeyd edək ki, avqustun 3-də əksər rayonlarda əsasən yağmursuzolacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrləyağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdəqısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraqəhalinin ehtiyatlı olması tövsiyə edilir.