AZ

Macarıstan Xorvatiya ərazisindən Rusiya neftini almaqdan imtina edib

Macarıstan xarici işlər nazirliyinin rəhbəri Peter Siyarto Avropa Komissiyasının Rusiya neftinin tranziti üçün Xorvatiyadan alternativ kimi istifadə etmək təklifinə cavab verib. Onun sözlərinə görə, Xorvatiya “etibarlı tranzit ölkəsi deyil”, çünki 2022-ci ilin fevralında xüsusi hərbi əməliyyat başlayandan bəri neft tranzit haqlarını orta bazar qiymətlərinə nisbətən beş dəfə artırıb.

İyulun 17-də Ukrayna Macarıstan və Slovakiya arasında "Drujba" neft kəməri ilə Rusiya neftinin tranzitini dayandırıb. Ukrayna tərəfi tədarükün əngəllənməsini Rusiyanın LUKOIL şirkətinə qarşı tətbiq edilən sanksiyalarla izah edib. Macarıstan və Slovakiya Avropa Komissiyasından (AK) məsləhətləşmələrə başlamağı xahiş ediblər. Avropa Komissiyası Macarıstan və Slovakiyaya alternativ təchizat variantları axtarmağı tövsiyə edib. Valdis Dombrovskisin sözlərinə görə, ölkələr Xorvatiyadan neft tədarük etmək üçün Adriatik neft kəmərindən istifadə edə bilərlər.

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Xorvatiya Macarıstanın MOL enerji konserninə “nəqliyyat imkanlarından uzunmüddətli istifadəni” təmin etməyə mane olur. O, aydınlaşdırıb ki, şərq neftinin tədarükünün dayandırılması Macarıstan və Slovakiyanı Xorvatiyadan keçən tranzit marşrutundan asılı vəziyyətə salacaq və bu, etibarlı deyil

Bir gün əvvəl Ukrayna AK-ni əmin edib ki, hasilatı “LUKOIL” təmin etməsə, Rusiya neftinin Macarıstan və Slovakiyaya tranzitini məhdudlaşdırmayacaq. Ukrayna tərəfi də bu ölkələri məsələni siyasiləşdirməkdə ittiham edib. Elə həmin gün AK tədarükün dayandırılması ilə əlaqədar planlaşdırılan təcili məsləhətləşmələri ləğv edib. AK sözçüsü Balazs Ujvarinin sözlərinə görə, Avropa İttifaqının enerji təhlükəsizliyinə birbaşa təhlükə yoxdur.

S.ELAY

XQ

 

Seçilən
175
47
xalqqazeti.az

10Mənbələr