AZ

Elmar Baxşıyev: “Qarabağ” bizə imkan vermədi”

Azərbaycan Premyer Liqasının ilk turunda “Araz-Naxçıvan” ev oyununda 4:1 hesabı ilə “Qarabağ”a məğlub olub. Azərbaycan Premyer Liqasının ilk turunda “Araz-Naxçıvan” ev oyununda 1:4 hesabı ilə “Qarabağ”a məğlub olub. Matc.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Oyunda düşündüyümüz elementlər var idi, hansı ki, təlim-məşq toplanışında komanda bizə göstərirdi. Lakin “Qarabağ” bizə onu göstərməyə imkan vermədi. İlk oyunumuz idi, yeni oyunçularımız var. Zaman keçdikcə komandanın oturumuş oyununu görəcəyik. - Naxçıvan Futbol Federasiyasının prezidentinin açqılaması sizdə və komandada hər hansı bir təzyiq yaradırmı? - Bu gün Zaur müəllimin açıqlaması yox, daha çox “Qarabağ” təzyiq göstərirdi. “Qarabağ”ın təzyiqindən çıxa bilmədik. Mən bura özüm gəlməmişəm, Zaur müəllim dəvət edib. Onun təşəbbüsü ilə komandanın başındayam. Biz işimizi davam edirik, üzərimizə nə düşürsə artıqlaması ilə verməyə çalışırıq. Gələcəkdə nə olacaqsa, zaman göstərəcək. - İlk dəqiqələrdəki Tərlanın səhvi futbolçulara birbaşa psixoloji təsir etdi? - Futbolda belə səhvlərdən heç kəs sığortalanmayıb. Tərlan da inandığımız qapıçıdı, qarşıdakı oyunlarda yenə şans verəcəyik. Bu gün məğlubiyyətimizin səbəbi Tərlan deyildi. Komanda olaraq oyunumuz alınmadı. Qarşıdakı oyunlarda daha yaxşı komanda görəcəyik. - Həm baxımlı oyun oynatmaq, həm də qələbə qazanmaq fikriniz var? - Müasir futbolda sırf müdafiə anlayışı da yoxdur. Komanda təlim-məşq toplanışında həm müdafiədə, həmdə hücumda daha effektiv ola bildiyini göstərib. Oyunçularımız daha çox hücumameyilli futbolçulardır. Öz fikrimiz, öz istiqamətimiz var və ona uyğun davam edəcəyik.    

Seçilən
46
matc.az

1Mənbələr