ABŞ-nin Vitse-prezidenti Kamala Harris prezident seçkilərində Demokratlar Partiyasının rəsmi namizədi olmaq üçün lazımi səsləri toplayıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Demokratlar Milli Komitəsinin sədri Ceymi Harrison məlumat verib. O bildirib ki, Kamala Harris avqustun 5-nə kimi davam edəcək onlayn səsvermədə artıq rəsmi təyinat üçün tələb olunan səs limitini keçib.
Demokratların milli qurultayının təmsilçiləri səsvermədə elektron poçt və telefon vasitəsilə iştirak ediblər. Artıq qərar məlum olsa da, formal şəkildə səsvermə avqustun 5-nə kimi açıq olacaq.
Harrisin namizəd kimi rəsmi təsdiqi isə Demokratların Çikaqoda avqustun 19-dan 22-dək keçiriləcək qurultayında baş tutacaq.
Məlahət Nəcəfova
Vaşinqton
Mənbə: AZƏRTAC