Rusiya digər hərbi təyyarələr üçün əlçatmaz yüksəkliklərdə uça biləcək yeni MiQ-41 qırıcısı hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The National Interest” nəşri yazır.
Qeyd edilir ki, təyyarə yaxın kosmosa çıxa biləcək və xarici analoqlardan üstün olacaq.
Gələn il qırıcının sınaqdan keçirilməsi və 2030-cu ilə qədər MiQ-41-in kütləvi istehsalına başlanılması planlaşdırılır.
Nəşr bildirir ki, qırıcının bir çox elementi eksperimental xarakter daşıyır və bu da qeyd olunan müddətlərə çatmağın mümkünlüyünü şübhə altına alır.