Serbiyanın “Krusik” müdafiə zavodundakı sexlərdən birində partlayış baş verib, nəticədə 7 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“Valyevo şəhər polis idarəsindən bildirilib ki, partlayış zamanı sexdə 20 işçi olub, onlardan yeddisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.
“Krusik” Serbiyanın ən böyük müdafiə sənayesi müəssisələrindən biridir və dövlətə məxsusdur.