AZ

Rayonlarda arabir yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Avqustun 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 7Times.az -a verilən xəbərə görə, avqustun 03-ü saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 12 mm, Zaqatala 6 mm, Qusarda 5 mm, Balakən, Şəki, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Qax, Qrızda duman müşahidə olunub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, Naxçıvan MR-da 33-35, Aran rayonlarında 32-35, dağlıq rayonlarda isə 19-22 dərəcə isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
35
7times.az

10Mənbələr