Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar dayandırılan Amerika yardım proqramının Gürcüstan büdcəsi ilə heç bir əlaqəsi yoxdur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, Gürcüstan “başqa dövlət tərəfindən dəstəklənən geridə qalmış ölkə” deyil, ona görə də ABŞ-ın maliyyələşdirməsi olmadan fəlakətin baş verəcəyi barədə şayiələr əsassızdır.
“Bu pulun (Amerikanın yardım proqramı) büdcə ilə heç bir əlaqəsi yoxdur”, - deyən Papuaşvili bu pulun Gürcüstan parlamentinin təsdiq etdiyi büdcədə olmadığını bildirib.
O, vurğulayıb ki, Gürcüstan vətəndaşları özləri ölkənin büdcəsini yaradırlar və xəzinəni doldururlar, sonra isə müxtəlif ehtiyaclara paylanır.