Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulu ilə əlaqədar dayandırılan Amerika yardım proqramı ölkə büdcəsinə heç bir təsir göstərməyib.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
"Biz başqa dövlətdən dotasiya alan geridə qalmış ölkə deyilik. Bu pulun büdcə ilə heç bir əlaqəsi yoxdur. Bu vəsait Gürcüstan parlamentinin təsdiq etdiyi büdcədə nəzərdə tutulmayıb”, - Ş. Papuaşvili qeyd edib.
Spiker vurğulayıb ki, Gürcüstan vətəndaşları özləri ölkə büdcəsini formalaşdırır və xəzinəni doldururlar, daha sonra bu pullar müxtəlif ehtiyaclar üçün bölüşdürülür.
Onun sözlərinə görə, xaricdən ölkəyə daxil olan pulların nəyə xərcləndiyi hələ də məlum deyil.