AZ

Bakıda kişi binanın qabağında sirkə turşusu içib öldü

Bakıda intihar hadisəsi olub.
 
Moderator.az xəbər verir ki, hadisə səhər saat 8 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 54 yaşlı R.R. yaşadığı binanın qarşısında sirkə turşusu içərək intihara cəhd edib.
 
O, dərhal Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
11
moderator.az

8Mənbələr