AZ

Türkiyə sakinindən maraqlı görüntülər: Qara ilanın gürzəni udmasını lentə aldı

Türkiyənin Tunceli vilayətində qara ilan gürzəni udub.

Bu barədə seher.media İHA-ya istinadən bildirir.

Almaniyadan məmləkəti Tunceliyə tətilə gələn Özgür Bozkaya adlı şəxs ailəsi ilə birlikdə Munzur vadisində gəzməyə gedib. Gəzinti zamanı Bozkaya zəhərsiz olduğu bilinən qara ilanın Türkiyənin ən zəhərli ilanlarından olan gürzəni udduğunu görüb və mobil telefon kamerası ilə həmin anları lentə alıb.

O, qara ilanın gürzəni demək olar ki, tamamilə udduğunu deyib.

"Ancaq sonradan nə oldusa, ağzından çıxarmaq məcburiyyətində qaldı. Mən də həmin anları lentə aldım. İlanın birini yenidən təbii mühitinə buraxdım, digəri də öz yoluna davam etdi" - deyə Özgür Bozkaya qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
seher.media

10Mənbələr