AZ

Avtomobil daşıyan TIR Yevlaxda qəza törətdi

Yevlax rayonunun Xaldan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

seher.media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə (BDYP) sorğu ünvanladıq.

İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev seher.media-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O qeyd edib ki, sözügedən yol-nəqliyyat hadisəsi avqustun 18-i saat 13:30-da Xaldan-Zaqatala-Gürcüstan sərhədi yolunun ikinci kilometrliyində qeydə alınıb.

"Hadisənin baş verməsinə səbəb "Renault" markalı yükdaşıma fəaliyyəti ilə məşğul olan EX-100-Lİ Gürcüstan dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü, Gürcüstan vətəndaşı Rövşən Mübariz oğlu İsayevin əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn 66-BJ-455 dövlət nömrə nişanlı "QAZel" markalı nəqliyyat vasitəsi ilə toqquşması olub. Hadisə nəticəsində xəsarət alan olmayıb, Gürcüstan vətəndaşı olan sürücüyə protokol tərtib olunub", - deyə açıqlamada bildirilir.

Əzizə İsmayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
seher.media

10Mənbələr