‘‘Türk dilinin sehirli dünyası’’ proqramının әvvәlki hissәsindә Saxa Respublikası, saxa türklәri vә saxa dili haqqında mәlumat vermişdik. Proqramımızın bu günkü hissәsindә saxa dilini sosiolinqvistik baxımdan qiymәtlәndirәcәyik.
Saxaların әcdadları bu gün yaşadıqları coğrafiyanın cәnubunda, yәni Baykal gölünün әtrafında yaşayıb vә türk-run qrafikasına oxşar әlifbadan istifadә ediblәr. Saxalar şimala köçdüklәri dövrdә bu yazı dilini istifadә etmәmәyә başlayıblar. Saxa dilinә keçid isә Sibirdә müxtәlif elmi araşdırma ekspedisiyalarına qatılmış qәrbli alimlәrin gәlmәsi ilә başlayıb. Bu proses XVII -17 әsrә tәsadüf edir. XIX-19 әsrin ortalarından etibarәn saxa dilinә dair elmi araştırmalara başlanılıb. Saxa qrafikası layihәsi 1917-ci ildә latın әlifbası әsasında hazırlanıb vә hәmin ildә nәşr olunub. Bu çәrçivәdә türk icmaları arasında latın әlifbasından ilk istifadә edәnlәrin saxalar olduğunu deyә bilәrik. 1924-cü ildә Yakut Yazı Şurası yaradılıb və həmin illərdə saxa türkcəsində hazırlanan dərsliklərlə tәhsilә başlanılıb. 1926-cı ildә Yakuts nәşriyyatı yaradılıb vә saxa dilindә çox sayda orijinal dәrsliklәr vә tәrcümә olunmuş әsәrlәr nәşr olunub. 1929-cu ilin martında Yakutsk Muxtar Sovet Respublikasının qərarı ilə elə həmin il Sovet Rusiyasının hakimiyyəti altında yaşayan türklər arasında inkişaf etdirilən latın əlifbasına əsaslanan türk əlifbası rəsmi olaraq qəbul edilib. Sovet İttifaqı sərhədləri daxilində yaşayan bütün türklәrin kiril hərflərinə əsaslanan əlifbaya keçid prosesi nəticəsində saxalar bu gün də istifadə etdikləri yeni əlifbanı 1939-cu ildə qəbul ediblәr.
Saxa Respublikası həm əhali, həm də iqtisadi inkişaf baxımından Sibir bölgəsindəki digər respublikalardan daha qabaqcıldır. 1897-ci ildə Çar Rusiyası dövründə aparılan ilk müasir siyahıyaalmada saxaların bölgәnin әn savadlı әhalisi olduğu mәlum olub. Saxa türkləri öz ana dillərini qoruyub saxlayıb və bu dildən müxtəlif funksional sahələrdə istifadə ediblәr. Saxalar bu baxımından Sibirdəki digər qruplarla müqayisə olunmaz mövqeyə malikdirlər. 19-cu əsrin sonlarına aid müxtəlif əsərlərdə saxa türkcəsinin şimalda yerli xalqlarla yanaşı ruslar tərəfindən də geniş istifadə edildiyi vurğulanır. Bu səbəbdən 1917-ci il Oktyabr inqilabına qədər olan dövrdə Saxa Respublikasında yaşayan etnik qruplar arasında ikidillilik saxa-rus dili vasitəsilə qeydə alınmışdır. Bölgәdә әsas ünsiyyәt dilinin saxa dili, rus dilinin isə ikinci dil olaraq istifadә edildiyi bildirilir.
Saxa dili Sovet İttifaqı dövründə olduğu kimi bu gün də təhsildə və rəsmi yazışmalarda rus dili ilə birlikdə istifadə olunur. Saxa (Yakut) Respublikası sərhədləri daxilindәki məktəblərin əksəriyyəti yalnız saxa türkcəsində təhsil verir. Bu dildə yazılmış orijinal və tərcümə edilmiş əsərlərdən ibarət geniş ədəbiyyatın olduğunu da söyləmək olar. Bundan əlavə, Saxa dilindən müxtəlif dillərə tərcümə edilmiş çox sayda əsər var, lakin təhsilin rus dilindә verilmәsi və sənayeləşmiş bölgələrin təsiri ilə saxa dilinin funksionallığı azalır. Çünki gənclər bu amilləri öz gələcəkləri üçün daha faydalı hesab edirlər. Bu vəziyyət 20-ci əsrin ortalarından bəri davam etsə də, saxa türkcəsi indi bölgənin ikinci dilinə çevrilib. Saxa türkcəsinin regiondakı dominant dil statusu zəifləsə də, onun həyatın bütün sahələrində, xüsusən də saxa türklərinin sıx məskunlaşdığı bölgәlәrdә geniş tətbiqi canlılığını qoruyub saxlayır.
Proqramımızın bu günkü hissәsindә Saxa Respublikası, saxalar vә saxa dili haqqında qısa mәlumat vermәyә çalışdıq.