AZ

Polad Həşimovun oğlu 4 ölkənin 7 universitetindən qəbul alıb

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun oğlu Davud Həşimov 4 xarici ölkədə yerləşən 7 universitetdən qəbul alıb.

Xezerxeber.az bu barədə "Facebook" sosial şəbəkəsində "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb. 

Məlumata görə, təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin "Purdue" universitetində davam etdirəcək.

O, universitetdə kompüter mühəndisliyi üzrə təhsil alacaq.

Davudun kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun Davuddan başa Teymur adında oğlu, Aybəniz adında qızı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
5
xezerxeber.az

10Mənbələr