Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp demokratların namizədi, Vitse-prezident Kamala Harrisin İQ səviyyəsi çox aşağı olduğunu bəyan edib.

Leqal.info xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social”-da paylaşım edib.

Tramp hesab edir ki, Kamala Harris İQ səviyyəsi çox aşağı olduğuna görə digər ölkələrin liderləri ilə rəqabət apara bilməz: "ABŞ-ın hakimiyyətdə bu cür insanlarla yenidən şansı yoxdur. Co Bayden kimi o da iki cümləni birləşdirə bilməz”.

Leqal.info