Azərbaycan boksçusu Alfonso Dominqes (92 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
O, finalda Lalizbek Mullojonov (Özbəkistan) - Davlat Boltaev (Tacikistan) cütünün qalibi ilə qarşılaşacaq.
Final döyüşü avqustun 10-da keçiriləcək.
Qeyd edək ki, boksçumuz bu nəticə ilə ən azı gümüş medalı təmin edib.