AZ

İkinci FİNAL

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarının finalına yüksəlib.Mediaxeberleri.Az xəbər verir ki, 92 kq çəkidə yarımfinal səddini adlayan idmançımız boks tariximizə Olimpiadaların ikinci finalçısı kimi düşüb.Debütü Atlanta-1996-da gerçəkləşən boks yığmamız bunadək yalnız bir finalda təmsil olunub. Rio-2016-da Lorenso Sotomayor yarımfinalı uğurla keçib. Yalnız finalda uduzan boksçumuz Braziliyadan gümüşlə qayıdıb.Azərbaycan boksçularının ilk medalı Sidney-2000-də əldə edilib. Həmin vaxtdan hər Olimpiadada mükafat qazanan millimizin hesabında ümumilikdə 10 medal var. Alfonsoya qədər 1 gümüş və 8 bürüncü olan yığmamızın yubiley mükafatının əyarı avqustun 9-dakı finalda bilinəcək.Qeyd edək ki, 10 medal 9 fərqli idmançının hesabındadır. Yalnız Alfonso ikinci dəfə fəxri kürsüyə qalxacaq. Tokio-2020-nin bürünc mükafatçısı bu dəfə daha yüksək əyarlı medal qazanacaq.

Seçilən
14
1
mediaxeberleri.az

2Mənbələr