AZ

Dünyada planşet satışı 22% artıb

Bu ilin ikinci rübündə dünyada planşet satışı ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% artaraq 34,4 milyon ədədə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "IDC" tədqiqat şirkətinin ilkin hesablamalarında deyilir.

Bu dövrdə "Apple" şirkətinin planşet tədarükü 18,2% (12,3 milyon ədəd) artıb. Bundan əlavə, “Samsung”un satışları 18,6% (6,9 milyon ədəd), “Lenovo”nun satışları 16,7% (2,5 milyon ədəd) artıb.

Hesabat dövründə "Xiaomi"nin tədarükü 2 dəfə artıb.

 

Gözəl Həşimova

Seçilən
73
iqtisadiyyat.az

1Mənbələr