AZ

Ermənistan KTMT-nin növbəti təlimində də iştirak etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində iştirakdan imtina edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Rusiya Milli Qvardiyasının mətbuat xidməti bildirib ki, tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər.

“İştirakçılar təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcəklər. Xüsusi təyinatlılar aviasiya və PUA-lardan istifadə edərək binalara və nəqliyyat vasitələrinə basqın etmək, girovları azad etmək və yaraqlıları zərərsizləşdirmək üçün məşq edəcəklər”, - məlumatda bildirilib. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
10
bizim.media

10Mənbələr