Qlobal bazarlardakı satış dalğası ABŞ və Avropaya da yayılıb.
ABŞ fyuçers indekslərində cümə günü kəskin ucuzlaşan itkilər yeni həftədə də davam edir. "Nasdaq" 100 fyuçers indeksi 6,5 faiz, "S&P 500" fyuçersləri 2,5 faiz, "Dow Jones" fyuçersləri isə 1,6 faiz ucuzlaşıb.
Ednews bloomberght-a istinadən xəbər verir ki, Çip istehsalçısı Nvidia-nın səhmləri 8,8 faiz, Apple səhmləri isə 6,6 faiz ucuzlaşıb.
Milyarder investor Uorren Baffetin ikinci rübdə Berkshire Hathaway-in Apple səhmlərinin demək olar ki, yarısını satması texnologiya səhmlərindəki satışları sürətləndirdi. Satışla Berkshire Hathaway-in nağd vəziyyəti rekord səviyyəyə - 276,9 milyard dollara çatdı.
Bu gün qlobal bazarlarda sərt satış dalğası var. Yaponiya Fond Birjaları ayı bazarına girərkən, onun valyutası yen dollar qarşısında yüksəlişini davam etdirdi.
Cümə günü açıqlanan ABŞ-da işsizlik məlumatlarının artdığını göstərən məlumatlar iqtisadiyyatda tənəzzül gözləntilərini artırıb. Bu, FED-in faiz dərəcələrini aşağı salmaq üçün kifayət qədər tez hərəkət edə bilməyəcəyi ilə bağlı narahatlıqlara səbəb oldu.
Xəyal