Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana gedib.
Səfər çərçivəsində bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulub.
Belə ki, S.Şoyqu adı çəkilən ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Məhəmməd Baqeri ilə danışıqlar aparacaq.