AZ

“Tengiz” yatağından nəql olunan neftin həcmi açıqlandı

Bu ilin yanvar-iyul aylarında “Tengiz” yatağından 16 milyon tona yaxın neft nəql edilib.

Bakıvaxtı.az bu barədə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) məlumatına istinadən xəbər verir.

“Bu gün Atırauda CPC-nin baş direktoru Nikolay Qorban və “Tengizchevroil” şirkətinin marketinq və nəqliyyat üzrə baş meneceri Lori Sasko arasında işgüzar görüş keçirilib. Tərəflər “Tengiz” yatağından neftin Tengiz-Novorossiysk kəməri ilə nəqlinə dair cari və gələcək müraciətlərin bu il yataqda aparılan təmir işləri nəzərə alınmaqla icrasını müzakirə ediblər”, - məlumatda bildirilib.

Xatırladaq ki, bu il CPC təxminən 65,2 milyon ton Qazaxıstan nefti nəql etməyi planlaşdırır.

2023-cü ildə CPC 63,47 milyon ton neftin (artım 8,1 %) nəqlini və ixracını təmin edib.

Uzunluğu 1,5 min km olan CPC Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir, burada neft CPC dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun ən böyük səhmdarları arasında Rusiya (“Transneft”), Qazaxıstan (“Kazmunayqaz”), “Chevron”, “Lukoil”, “ExxonMobil”, “Rosneft” və “Shell” şirkətləri var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
2
bakivaxti.az

10Mənbələr