AZ

Bazar günü Bakıda havanın küləkli olacağı gözlənilir

Avqustun 4-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı gözlənilir. Bəzi şəhərətrafı ərazilərdə gecə və səhər qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir,  şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26,  gündüz 32-37 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.

Azərbaycanın rayonlarında əsasən yağıntı olmayacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda gün ərzində qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli leysan yağa və dolu düşə bilər. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə müsbət 21+26, gündüz müsbət 32+37, dağlarda gecə müsbət 10+15, gündüz müsbət 17+22 dərəcə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
1
turan.az

10Mənbələr