AZ

DSK "yox", MSK "hə" dedi - Namizədliyi qeydə alındı

Xəbər verdiyimiz kimi, bu gün Məzahir Pənahovun sədrliyi Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 

 

Modern.az-ın məlumatına görə, iclasda digər məsələlərlə yanaşı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb.

 

Müraciət 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacıyev Oktay Cəfər oğlu tərəfindən edilib. O, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarın ləğv edilməsini və onun namizədliyinin qeydə alınmasını xahiş edib.

 

Dairə seçki komissiyası Hacıyevin deputatlığa namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə Qərarını onunla əsaslandırıb ki, namizəd təqdim etdiyi əmlak barəsində məlumatda mülkiyyətində olan Bakı şəhərində yerləşən iki mənzili və iki nəqliyyat vasitəsini göstərməyib.

 

Araşdırma ilə müəyyən edilib ki, namizəd O.C.Hacıyev tərəfindən Bakı şəhəri ərazisində yerləşən iki mənzil alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilib, lakin alıcı tərəfindən həmin əmlaklar mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilməyib.

 

Həmçinin araşdırma ilə nəqliyyat vasitələrinin namizəd O.C.Hacıyevə məxsus olması da öz təsdiqini tapmayıb.

 

Komissiya üzvlərinin geniş müzakirəsindən sonra müraciətin təmin olunmasına və namizədliyin imtinası ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarının ləğv edilərək, şəxsin Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınmasına qərar verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
50
modern.az

10Mənbələr