ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qüvvələrinin istifadə etdiyi İraqın Eyn əl-Əsəd hava bazasına edilən hücum nəticəsində bir neçə amerikalı hərbçinin yaralandığını təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Pentaqonun rəsmisi TASS-a bildirib.
“Biz təsdiq edə bilərik ki, bu gün Eyn əl-Əsəd hava bazasında Amerika və koalisiya qüvvələrinə ehtimal ki, raket zərbəsi endirilib. İlkin məlumatlara görə, bir neçə amerikalı hərbçi xəsarət alıb”, – Pentaqonun nümayəndəsi qeyd edib.
O əlavə edib ki, ABŞ Müdafiə Nazirliyi hadisə ilə bağlı yeni informasiya daxil olduqca daha ətraflı məlumat verəcək.
Xatırladaq ki, daha əvvəl “Shafaq News” portalı İraq təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər vermişdi ki, ölkənin qərbində Ənbar əyalətində yerləşən və beynəlxalq koalisiya qüvvələri tərəfindən istifadə olunan Eyn əl-Əsəd hava bazası raket atəşinə tutulub.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta