Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədov qətlə yetirilib. Bu barədə Qaradağ rayon prokurorluğunun məlumatında bildirilir.
Araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.
“Qafqazinfo”nun məlumatına görə, Bəhruz Məmmədov fotoqraf kimi fəaliyyət göstərib.