AZ

Bəstəkar Sevinc Tofiqqızına "Fəxri doktor" adı verildi

Moderator.az xəbər verir ki,  Azərbaycan və Türk dünyasında vətənpərvərlik mövzusunda və bir çox janr bəstələri ilə tanınmış  ali xüsusiyyətlər sahibi, bəstəkar Sevinc TofiqqızıBeynəlxalq Psixologiya Akademiyasının "Fəxri doktor "diplomu, qızıl medalı ilə təltif edildi.
 
Bəstəkar Sevinc Tofiqqızı onu bu şərəfə layiq görən Beynəlxalq Psoxologiya Akademiyasının rektoru Valentina Kaçmala və Elmi şura üzvlərinə öz  minnətdarlığını bildirib. 
Bəstəkar qeyd edib ki, layiq görüldüyü bu fəxri ad , ali mükafat Ukrayna və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
Diplomun təqdim edilmə mərasimində Azərbaycan -Ukrayna Alyansının sədri Elmar Məmmədov,Azərbaycan Yazıcılar İttifaqının 1-ci katibi Çingiz Abdullayev iştirak edərək  bəstəkar Sevinc Tofiqqızına gələcək fəaliyyətində uğurlar arzulamışlar.
 
Seçilən
117
7
moderator.az

8Mənbələr