AZ

Bir həftə əvvəl dənizdə batdığı ehtimal olunan şəxsin axtarışları davam edir - VİDEO

Bir
İyulun 30-da Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal olunan 1972-ci il təvəllüdlü Hüseynov İsgəndər Yusif oğlunun axtarışları fasiləsiz olaraq davam etdirilir. Bu barədə FHN-nin mətbuat xidmətindən 1news.az-a məlumat verilib.
Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Aviasiya dəstəsinin helikopterləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar intensiv şəkildə aparılır. Əlavə məlumat veriləcək.

Seçilən
36
25
1news.az

10Mənbələr