AZ

ABŞ Lazarenkonun 200 milyonunu Ukrayna üçün müsadirə etməyə çalışır

ABŞ Ədliyyə Nazirliyi məhkəmə yolu ilə Ukraynanın keçmiş baş naziri Pavel Lazarenkodan Ukraynanın xeyrinə 200 milyon dollar müsadirə etməyə çalışır. 

Valyuta.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin çirkli pulların yuyulması və aktivlərin bərpası departamentinin beynəlxalq şöbəsinin rəhbəri Meri Batler “Amerikanın Səsi”nin erməni xidmətinə müsahibəsində danışıb.

Butlerin sözlərinə görə, Lazarenkonun təqsirli bilindiyi iş üzrə ittihamların əhatə dairəsi ABŞ Ədliyyə Nazirliyinin irəli sürdüyü ittihamlardan xeyli dar olub.

"İş hələ də yekunlaşmayıb. Amma şadam ki, biz müsadirə ilə bağlı yekun qərarın əldə olunması ehtimalını yaxınlaşdıran başqa bir qərara gəldik. Onda cənab Lazarenko istədiyi qədər mübahisə edə bilər. Söhbət 200 milyon dollardan çox məbləğdən gedir. Bu, xeyli pul və çox həssas məsələlərdir”, - Batler deyib.

“Amerikanın Səsi” qeyd edir ki, Batlerin bəhs etdiyi iş Ədliyyə Departamentinin Lazarenkonun müxtəlif ölkələrdə müsadirə edilmiş 200 milyon dollardan çox pulunu ələ keçirmək səylərini əhatə edir. Bu pullarla bağlı məhkəmə çəkişmələri 20 ilə yaxındır ki, davam edir.

Xatırladaq ki, Pavel Lazarenko 1996-cı ilin mayından 1997-ci ilin iyununa qədər Ukraynanın baş naziri olub. O, 1999-cu ildə Ukraynadan qaçıb və nəticədə ABŞ-a gedib, burada uğursuz bir şəkildə sığınacaq istəyib və əvəzində çirkli pulların yuyulması ilə bağlı ittihamlarla səkkiz ildən çox həbsə, əhəmiyyətli cəriməyə məhkum olunub və əmlakı müsadirə edilib. 2012-ci ildə o, cəzasını çəkdikdən sonra azadlığa buraxılıb və onun ailəsi - ikinci həyat yoldaşı, ABŞ məhkəmələrində keçmiş tərcüməçisi və üç övladı ilə birlikdə yaşadığı ABŞ-da rezidenturaya icazə verilib. Bu arada, ABŞ hüquq-mühafizə orqanları onun yuduğu çirkli pullarla bağlı təfərrüatları öyrənməyə davam edir.

Nicat

Seçilən
111
50
valyuta.az

10Mənbələr