"ABŞ, Yaponiya və Cənubi Koreyanın üçtərəfli hərbi-siyasi bloku NATO-ya bənzər potensial Şərqi Asiya alyansının prototipinə çevriləcək".
HİT.az xəbər verir ki, bunu "RİA Novosti"yə şərqşünas alim, Şərq Ölkələri İnstitutunun professoru Anatoli Koşkin deyib.
Şərqşünasın fikrincə, hazırda Tokio artıq Vaşinqton və Seulla bir blokdadır.
“Bu, keçən il prezident Bayden tərəfindən yaradılmış blokdur. Yaponiya isə ölkə hökuməti adından Kişidanın bu ilin aprelində Vaşinqtona səfəri zamanı hərbi blokda iştirakını təsdiqlədi, bu assosiasiyanın iqtisadi, kibernetik, heç bir növü yoxdur deməklə bizi aldatmağa ehtiyac yoxdur, o, artıq Uzaq Şərq NATO-nun prototipidir”, deyə Koşkin bildirib.
ABŞ-ın müharibə şəraitində atom silahından faktiki istifadə etməsinin 79-cu ildönümünə həsr olunmuş dəyirmi masada çıxış edən professor Koşkin əlavə edib ki, Rusiya artıq qeyri-strateji nüvə qüvvələrinin təlimləri keçirməklə yeni alyansın hərəkətlərinə cavab verir.
Samir