AZ

Misir və ABŞ liderləri Qəzza ilə bağlı razılığa gəldilər

Misir Prezidenti Əbdülfəttah əs-Sisi və amerikalı həmkarı Co Bayden Qəzza zolağında atəşkəsin yaradılması üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, Amerika tərəfinin təşəbbüsü ilə onlar arasında telefon danışığı olub.

“Dövlət başçıları Qəzzada atəşkəs və iki dövlət prinsipinin həyata keçirilməsinə yönəlmiş birgə intensiv fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər" - deyə Misir prezidentinin nümayəndəsi Əhməd Fəhmi özünün feysbuk əhifəsində yazıb.

Əs-Sisi və Bayden də söhbət zamanı təsdiqləyiblər ki, onlar bölgədəki vəziyyətin gərginliyini azaltmaq və orada təhlükəsiz mühiti bərpa etmək üçün hər cür səy göstərməyə davam edəcəklər.

Turan İSMAYIL

Seçilən
134
8
redaktor.az

10Mənbələr