AZ

FHN: Ötən sutka 54 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.Bu barədə Elchi.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər, o cümlədən paytaxtın Binəqədi rayonunda liftdə texniki nasazlıq səbəbindən köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzildə köməksiz vəziyyətdə qalmış ağırçəkili vətəndaşa müvafiq köməklik göstərilərək Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Bundan əlavə, yanğınlar zamanı 2 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
40
elchi.az

10Mənbələr