Israilin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 39 min 653-ə yüksəlib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.
Açıqlamada hücumlarda yaralananların sayının isə 91 min 535-ə yüksəldiyi bildirilib.
Fələstin Səhiyyə Nazirliyi İsrailin son 24 saat ərzində həyata keçirdiyi 3 hücumda 30 mülki vətəndaşın həyatını itirdiyini, 66 mülki vətəndaşın isə yaralandığını açıqlayıb.