Tanınmış türkiyəli müğənni Rafet El Romanın təxirə salınmış Gəncə konsertinin dəqiq tarixi açıqlanıb.
Türk pop musiqisinin məşhur ifaçısı Gəncə şəhərinə 19 oktyabrda gələcək. Sənətçi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.
Konsertin təşkilatçısı iş adamı Emin Hüseynovdur. İş adamı 19 iyunda baş tutmalı olan konsertin 19 oktyabra keçirilməsini belə izah edib:
"Konserti açıq havada etmək qərarına gəlmişdik. Sonradan Gəncə Dövlət Filarmoniyasına keçid etdik. Bu zaman da vaxt darlığı üzündən vətəndaşların bileti əldə etməkdə çətinlik çəkdiyini gördük və tarixi 19 oktyabra keçirdik".
E.Hüseynov konsertdə Gəncə sakinlərini, paytaxtdan və digər bölgələrdən gələn qonaqları sürprizlərin gözlədiyini də qeyd edib.
O həmçinin Gəncədə konsert proqramlarını davam edəcəklərini, istər yerli, istərsə də Türkiyədən olan məşhur müğənninnilərin dəvət olunacağını qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta