AZ

Konsertdə terror törətmək istəyən şəxslər saxlanıldı

Avstriya polisi amerikalı müğənni Teylor Sviftin konserti zamanı terror aktı törətməyi planlaşdıran iki nəfəri saxlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, saxlanılanlardan birinin 19 yaşı var, ondan kimyəvi maddə götürülüb və analiz üçün müvafiq quruma göndərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, saxlanılanların hədəfi Sviftin konsertləri də daxil olmaqla, böyük izdihamlı tədbirlər ola bilərdi.

Vyanada müğənni avqustun 8-10-da üç konsert verəcək.

Konsertlərin keçiriləcəyi stadionun ərazisində təhlükəsizlik tədbirləri gücləndiriləcək.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
9
teleqraf.com

10Mənbələr