İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun həm müdafiə, həm də hücum hərəkətlərinə hazır olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Həm müdafiəyə, həm də hücuma hazırıq. Biz düşmənlərimizə zərbə vururuq və özümüzü müdafiə etməkdə qərarlıyıq”, deyə Netanyahu İsrail Müdafiə Qüvvələrinin yeni əsgərləri ilə görüşündə bildirib.
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qaldığı hücumdan sonra başlayıb. Ehtimallara görə, ev İsrail raketi ilə vurulub. O, ölkənin yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İranda olub.