AZ

Paris-2024: Tom Kruzdan bağlanış mərasimində “Qeyri-mümkün missiya”

Məşhur Hollivud aktyoru Tom Kruz Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimində “Missiya mümkün deyil” filminin üslubunda təhlükəli kaskadyor fəndi icra edəcək. Matc.az xəbər verir ki, 62 yaşlı aktyor əlində Olimpiya bayrağı ilə “Stade de France”ın damından arena sahəsinə enəcək. Bundan əvvəl, Kruzun bayraqla Atlantik okeanı üzərindən təyyarə ilə uçaraq gəldiyi qısa videoçarx nümayiş etdiriləcək. Qeyd edək ki, o, dəhə əvvəl 2004-cü ildə Afinada (Yunanıstan) keçirilən Olimpiya məşəli estafetinin iştirakçısı olub. Parisdə Olimpiya Oyunlarının bağlanış mərasimi avqustun 11-i, bazar günü keçiriləcək.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
50
matc.az

10Mənbələr