AZ

İsrailə əvvəlcə “Hizbullah”, sonra İran hücum edə bilər – NYT


Livanın “Hizbullah” təşkilatı İrandan əvvəl İsraili vura bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Qəzetin İsraildəki iki mənbəsi və yüksək rütbəli Qərb kəşfiyyat rəsmisi son məlumatlara əsasən İsrailə iki ayrı zərbənin mümkün olduğunu bildirib. Eyni zamanda, qəzet kəşfiyyat məlumatlarının az olduğunu və tez-tez dəyişdiyini qeyd edib.
Avqustun 8-də CNN kanalı da “Hizbullah”ın yaxın günlərdə hücuma keçə biləcəyini iddia edib.
Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin növbəti mərhələsi Tehranda Haniyənin ölümü və “Hizbullah” təşkilatının hərbi qanadının komandirlərindən biri Fuad Şükrün Beyrutda qətlə yetirilməsindən sonra baş verib. İran, HƏMAS və “Hizbullah” hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.
Seçilən
148
50
yeniavaz.com

10Mənbələr