Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Lüdviq Nobel mükafatına layiq görülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti xəbər yayıb.
Xəbərdə deyilir ki, Kadırov Ukraynada aparılan xüsusi hərbi əməliyyatın keçirilməsində şəxsi töhfəsinə, hərbçilərə verdiyi dəstəyə, eləcə də vətəndaş mövqeyinə, millətlərarası və dinlərarası harmoniyanın möhkəmləndirilməsi, bundan başqa ənənəvi dəyərlərin qorunması səylərinə görə mükafatlandırılıb.
Mükafatı Kadırova Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti, eyni zamanda Nobel mükafatı laureatı İrina Viner təqdim edib. O, görülən işlərə görə ona təşəkkür edib.
Müəllif: Arzu